Türkiyədə 2 əsgər şəhid oldu

Türkiyədə 2 əsgər şəhid oldu

1 Fevral 2016 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Sur bölgəsində PKK-ya qarşı davam edən əməliyyatlar çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri şəhid olub.

Türkiyə mətbuatının məlumatına görə, bu barədə Baş Qərargah məlumat yayıb. Məlumatda qeyd edilir ki, əməliyyat zamanı 3 əsgər və 2 polis yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralanan iki əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Mediainfo.az