VİDEO-Ermənistan televiziyası terrorçunu dəstəklədi

VİDEO-Ermənistan televiziyası terrorçunu dəstəklədi

26 İyul 2011 16:25
Bəyəndim (0) Bəyənmədim (0)
Xəbərlər proqramında terror ideyaları təbliğ edildi

Son dövrün ən qanlı terror hadisəsi barədə müxtəlif məlumatlar verilir. Bildiyiniz kimi, 32 yaşlı norveçli Anders Breyvikin Oslo şəhərində və Uteye adasında həyata keçirdiyi qanlı hadisə zamanı 92 nəfər ölmüş, bir o qədəri yaralanmışdı. Terrorist törətdiyi hadisəsindən əvvəl internetdə "Avropa-2083 Azadlıq Deklarasiyası" adlı sənədi yaymışdı. Sənəddə müsəlmanlara, Avropadakı emiqrantlara, xüsusilə də türklərə qarşı nifrət açıq-aydın nümayiş olunurdu. 3 il ərzində qələmə alınan 1518 səhifəlik deklarasiyada "müsəlmanların və Avropadakı digər emiqrantların destruktiv fəaliyyətindən və onların hissə-hissə Avropadan deportasiya olunmasının yollarından" bəhs edilirdi. Bununla belə, Breyvik əmin idi ki, avropalıların 95 faizi onun atacağı radikal addımı qınayacaq.

Bəli, dünya ictimaiyyəti birmənalı şəkildə bu terror hadisəsini lənətlədi. Lakin qəribədir ki, Ermənistan cəmiyyəti və səlahiyyətliləri bu akta bir növ bəraət qazandırmağa, hətta onu təbliğ etməyə çalışdı. Bu ölkənin Yerkir televiziya kanalının dünənki 24:00 xəbərlər proqramında efirə verilən süjet deyilənləri bir daha sübut etdi. Süjetdə terrorçunun "Avropa-2083 Azadlıq Deklarasiyası" adlı sənədin Türkiyə ilə bağlı hissəsi nümayiş olundu. Terrorçunun dili ilə bildirildi ki, Türkiyə bir neçə hissəyə parçalanmalıdır. Ölkənin şərqi Ermənistana, qərbi isə Şimali Kiprlə birlikdə Yunanıstana və qismən Bolqarıstana verilməlidir.

Onu da qeyd edək ki, terrorçu qanlı hadisədən əvvəl məlum deklarasiyanı 8000 internet istifadəçisi arasında yaymışdı. Onlardan 1662 nəfəri müxtəlif ölkələrdə yaşayan ermənilər idi.

"Partizan" rubrikası çərçivəsində növbəti dəfə "erməni kimdir" sualına cavab tapmağa çalışacağıq. Göründüyü kimi, erməni terroru təbliğ edən cəmiyyətin üzvləridir. Erməni terrorçudur. Erməni başqa ölkələrin torpaqlarına iddia edən işğalçıdır. Və ən nəhayət, Ermənistan Respublikasının diaspor naziri Qranuş Akopyanın sözü ilə desək: "Bizim üçün erməni o şəxsdir ki, özünü erməni hiss etsin. Dil, din, yaranma mənbəyi vacib deyil, vacib olan hissiyyatdır. "Erməni kimdir" sualı dəfələrlə müxtəlif ölkələrin tribunalarından səslənib, ona görə də açıqlama vermək gərək idi".

Natiq Qocaman

O.M.