Ermənistanda hamilə qadın intihar etdi

Ermənistanda hamilə qadın intihar etdi

26 İyul 2011 10:10
Bəyəndim (0) Bəyənmədim (0)
O, sevərək ailə qurduğu əri tərəfindən ağlasığmaz işgəncələrə məruz qalırdı

Ermənistanda həyat dözülməz dərəcədə ağırdır. Bunu həm beynəlxalq təşkilatların hesabatları, həm ölkəni sürətlə tərk etməyə başlayan insanların sayı, həm də Ermənistandakı kriminal hadisələrin durmadan artması sübut edir. Təbii ki, biz kiminsə pisliyini arzulamırıq. Sadəcə, düşmən cəbhəsindəki real vəziyyəti öyrənmək, sizlərə təqdim etmək istəyirik. Torpaqlarının 20 faizi işğal altında olan, 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşayan bir cəmiyyətin fərdləri kimi buna borcluyuq.

Bu günlərdə Ermənistanın Masis şəhər məhkəməsində növbəti cinayət işinə baxılıb. Belə ki, Zarui Petrosyan adlı qadın ərinin işgəncələrinə dözməyərək intihar edib. Hətta bu haqda əvvəlcədən qardaşına mesaj da yazıb. Lakin hadisənin qarşısı vaxtında alınmadığı üçün intihar hadisəsi gerçəkləşdirilib.

25 iyul tarixində baş tutan məhkəmədə şahid qismində Kənd təsərrüfatı kollecinin direktor müavini David Akopyan və mərhumun qonşusu Exizabet Ovsepyan çıxış ediblər. Şahidlər zorakılıq faktını təsdiq edərək, bunu ailədə hökm sürən iqtisadi problemlərlə əlaqələndiriblər. Hər iki ifadədə bildirilib ki, mərhumun əri əvvəllər nümunəvi ailə başçısı kimi tanınıb. Kollecdə təsərrüfat işləri üzrə müavin vəzifəsində çalışarkən həm kollektivdə, həm də cəmiyyətdə özünü müsbət tərəflərdən göstərə bilib. 2009-cu ildən etibarən ixtisara düşərək işsiz qalıb. İş tapmaq ümidi ilə əvvəl Gürcüstana, sonra isə Rusiyaya yollanıb. Ancaq cəhdləri heç bir nəticə vermədikdə, Ermənistana qayıtmalı olub. Məhz o gündən ailəsinə, daha doğrusu, hamilə arvadına və qohumlarına qarşı aqressivlik nümayiş etdirməyə başlayıb. Yanis Sarkisov adlı bu şəxs dəfələrlə arvadını ölümcül dərəcədə döyüb. Arvadının hamiləliyinə son vermək üçün onun qarnına təpiklə zərbələr endirib. Hətta bir dəfə qaynar ütü ilə qarın nahiyəsindən zərbələr endirib. Hamilə qadın ac-susuz saxlanılmaqla yanaşı ağır fiziki işlərə məcbur edilib. Bir sözlə, mütəmadi surətdə ağlasığmaz işgəncələrə məruz qalıb. Halbuki, onlar sevərək ailə qurmuşdular və bütün Masis onların məhəbbətindən danışırdı.

Sonda Zarui Petrosyan mövcud şəraitə dözməyərək qeyri-müəyyən şəraitdə intihar edib. Daha doğrusu, onun öldürülməsi və ya intihara vadar edilməsi məsələsi hələ sual altındadır. Cinayət işi üzrə məhkəmə tibbi ekspertiza təyin edilib, araşdırma aparılır. Növbəti məhkəmə iclası cari ilin 02 avqust tarixinə təyin edilib. Onu da qeyd edək ki, məhkəmədə iştirak edən "Qadın zorakılığına qarşı" təşkilatın üzvləri son zamanlar Ermənistanda bu kimi halların faciəvi şəkildə artdığını etiraf edirlər.

İnsanlar nikah bağlayarkən bir-birinə sadiq qalacaqları haqda and içirlər. Daha doğrusu, çətin günlərdə, səfalətdə, xəstəliklərdə birlikdə olacaqlarına hamının hüzurunda söz verirlər. Bu mərasim əsasən xristian nikahlarında adət halını alıb. Əlbəttə ki, mövcud məsələdə söhbət normal insandan gedir, ermənidən yox.

Məncə, dinindən, irqindən, millətindən, sosial mənsubiyyətindən asılı olmayaraq andına naxələf çıxan hər kəs erməni sayılmalıdır...

Natiq Qocaman

O.M.