VİDEO-Ermənistan-Gürcüstan dini rəhbərləri mübahisə etdilər

VİDEO-Ermənistan-Gürcüstan dini rəhbərləri mübahisə etdilər

25 İyul 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)
Bunu lentə alan müxbir işdən azad edildi

Gürcü Patriarxı II İlya ilə Erməni Katolikosu II Qareginin görüşünü lentə alan şəxs işdən azad edilib. Грузия Online saytının yaydığı məlumata görə, buna səbəb video süjetin internetə yerləşdirilməsi olub. Həmin şəxs Patriarxlığın "Yekdillik" adlı televiziya kanalının müxbiri vəzifəsində çalışırdı.

Xatırladaq ki, YouTube-da yayımlanan iki dini rəhbərin görüşü Ermənistan və Gürcüstanda böyük ajiotaja səbəb olmuşdur. Belə ki, 11 iyun 2011-ci ildə Gürcüstanda baş tutan görüş erməni dini rəhbərinin aqressivliyi və gürcü həmkarına qarşı işlətdiyi atmacaları ilə yadda qalıb. O, çıxışı zamanı həmsöhbətini avantürist adlandıraraq, geri addım atmağa dəvət edib.

Erməni kimdir? Şərab içib sərxoş olan dini rəhbər. Yerini bilməyən qonaq. Acıdil insan. Başqasına həsəd aparan zavallı. Ultimatum dilində danışmağa vərdiş edən həmsöhbət...

Natiq Qocaman

O.M.