Ermənistanda valideynlər uşaqlarını satırlar

Ermənistanda valideynlər uşaqlarını satırlar

25 İyul 2011 12:30
1 173
Bəyəndim (0) Bəyənmədim (0)
Bu ölkədə uşaq zorakılığı durmadan artır

Ermənistanda cinayətkar şərait hökm sürür. İşsizlik, səfalət cəmiyyətin həyat tərzinə çevrilib. Vətəndaşlar ölkəni sürətlə tərk edirlər. Heç yerə gedə bilməyənlər isə mövcud vəziyyətlə barışmalı olurlar. Bu isə cəmiyyətdə sosial gərginliyin artmasına gətirib çıxarır. Heç təsadüfi deyil ki, Ermənistanda uşaq zorakılığı gün-gündən artmaqdadır. Son dövrlərdə erməni mətbuatına istinadən sizlərə təqdim etdiyimiz silsilə məqalələrdə dəfələrlə bu hallarla qarşılaşmışdınız ("Partizan" rubrikasında həmin məqalələrlə bir daha tanış ola bilərsiniz) və "erməni kimdir" sualına cavab tapmışdınız.

Bu gün isə sizlərə maraqlı bir məlumatı çatdıracağıq. Daha dəqiq desək, erməni cəmiyyətində kök salmış anormal hallarla tanış edəcəyik. Belə ki, ailələr zərərçəkmiş uşaqlarının hüquqlarını qorumaq əvəzinə rüşvət müqabilində cinayətkarlarla işbirliyinə girir, hətta onların dostuna çevrilirlər.

Ermənistanın Hetq.am saytının məlumatına görə, bu ölkənin Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin 3-cü şöbəsinin rəis müavini polkovnik Nelli Duryan mətbuat konfransında maraqlı bir fikir irəli sürüb. O, Baş Nazirin müşaviri Serob Ter-Poqosyanın uşaqbazlıqda ittiham olunması məsələsinə toxunarkən deyib: "Nədənsə cinayət işində zərərçəkmiş kimi qeyd olunan ailələr və qurbanlar psixoloqların xidmətindən imtina edirlər. Bu halda onlar cinayətkarı hətta xeyriyyəçi və qəhrəman hesab edirlər. Əksər hallarda valideynlər uşaqlarına mütəxəssislərin köməyindən istifadə etməyə qadağa qoyurlar." Polkovnikin bu fikrini "Dünya Ermənilərinin Yardım" fondunun icraçı direktoru Mira Antonyan da təsdiq edib: "Pul, şirnikləndirmə və aldadılma yolu ilə cinsi təcavüzə məruz qalanlar böyük çətinliklə özlərini qurban hesab edirlər." Ümumiyyətlə, fond rəhbəri uşaq zorakılığına toxunarkən faciənin miqyasını statistik rəqəmlərin dili ilə ifadə etməyə çalışıb. Onun sözlərinə görə, hər il fonda orta hesabla 150 uşaq şikayətlə müraciət edir, əgər 2006-cı ildə ailədaxili şiddətə 28% məruz qalırdısa, bu rəqəm 2010-cu ildə 54% -ədək yüksəlib. Fond rəhbərinin fikrincə, buna səbəb həm iqtisadi problemlər, həm də valideynlərin sürdüyü anormal həyat tərzidir. Daha dəqiq desək, bu gün erməni cəmiyyətində narkoman, əyyaş, tüfeyli valideynlərin sayı durmadan artmaqdadır.

Erməni kimdir? Pula görə ləyaqətini, mənəviyyatını, hüquqlarını və canının bir parçası olan övladını satan valideyn. Dinindən, irqindən, millətindən, sosial mənsubiyyətindən asılı olmayaraq bu tip insanlar hər yerdə erməni sayılmalıdır...

Şahməmməd Şahməmmədov (polis polkovniki)

O.M.