Erməni ana yeni doğulmuş uşağını körpüdən çaya atdı

Erməni ana yeni doğulmuş uşağını körpüdən çaya atdı

20 İyul 2011 15:22
Bəyəndim (0) Bəyənmədim (0)
O, körpənin ölü olduğunu iddia edir

Partizan rubrikası artıq tam gücü ilə fəaliyyət göstərir. Biz düşmənin arxasına keçərək orada baş verən hadisələri operativ şəkildə sizlərə çatdırırıq. Deməli, siz də bizimlə bərabər düşmən cəbhəsində partizanlıq edirsiniz. Məqsədimiz düşmənimizi tanımaq və tanıtmaq, son həmlə öncəsi onun zəif yerlərini müəyyən etməkdir. Odur ki, gəlin görək erməni kimdir?

Ermənistanın FindArmenia.com saytının yaydığı məlumata görə, srağagün Sisian rayon polis idarəsi dəhşətli bir cinayətin üstünü açıb. Belə ki, idarəyə naməlum bir şəxs tərəfindən daxil olan məlumatda bildirilib ki, Sisianın Yerevan parkının yaxınlığındakı göldə yenicə doğulmuş oğlan uşağının meyiti tapılıb. Hadisə yerinə yollanan əməliyyat-axtarış qrupu faktı təsdiqləyib. Aparılmış istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 1984-cü il doğumlu B.Ərminə adlı şəxs idarəyə dəvət olunub. Saxlanılan şəxs qeyd edib ki, uşağı ev şəraitində dünyaya gətirib və səhəri gün onun öldüyünü görərək körpüdən Vorotan çayına atıb. Faktla bağlı məhkəmə tibbi ekspertiza təyin edilib, araşdırma aparılır.

Məncə bu cinayət sizə təqdim etdiyimiz digər cinayətlərdən də dəhşətlidir. Çünki körpə ölü olsaydı belə, doğma anası onu zibil kimi çaya atmamalı, dəfn etməli idi.

Elə isə, gəlin görək erməni kimdir? Valideynlərindən və qohumlarından xəbərsiz dünyaya uşaq gətirən qadın. Körpəsini diri-diri qətlə yetirən "ana". Günahlarını ört-basdır etmək üçün hamıya yalan satan vətəndaş. Uşaq qətlini cinayət saymayan cəmiyyət. Dünyanın harasında yaşamağından asılı olmadan bu tip insanlar hər yerdə erməni sayılmalıdır...

Natiq Qocaman

O.M.

.