Erməni mətbuatı: ermənilər kütləvi şəkildə İrəvanın paytaxtından qovulurlar

Erməni mətbuatı: ermənilər kütləvi şəkildə İrəvanın paytaxtından qovulurlar

10 Oktyabr 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)
Məqsəd sadə vətəndaşları aldatmaqdır

Ermənistanın ən böyük tikinti şirkətləri ardı ardına müflis olurlar. Yerli Jamanak qəzetinin məlumatına görə, Ermənistan hökuməti İrəvanın mərkəzi rayonlarını prioritet zona elan etdikdən sonra burada tikinti aparan iri şirkətlər nədənsə müflis olmağa başlayıblar. Vəziyyət o yerə çatıb ki, hətta həmin yerlərdən köçürülən əhali üçün kompensasiyalar da verilmir.

Bir müddət əvvəl paytaxtın Kentron və Nork Maraş rayon məhkəmələrinin qərarı ilə mərkəzdə tikinti işləri aparan "Vizkon" şirkətinin rəhbəri Simon Ağazaryan müflis elan olunub.

Şimal prospektində inşaat işlərini həyata keçirən "Nord Aylend" və "Qlendelhilz" şirkətləri də müflis elan olunmaq ərəfəsindədir.

Məlumatda bildirilir ki, yerli iqtisadçı analitiklər bu addımların bilərəkdən atıldığını qeyd edirlər. Məqsəd dövlət və hökumət rəhbərliyində olan oliqarxların maraqlarını təmin etməkdir. Həmin ərazilərdə torpaq sahəsi baha olduğundan sakinlər müxtəlif yollarla oradan çıxarılırlar. Son mərhələyə qalmış sakinlər isə təzminat ödənilmək adı ilə aldadılıblar. Belə ki, rayon məhkəmələrinin qərarında vətəndaşlara vəd olunmuş məbləğin geri qaytarılması və ya əvəzində hökumət tərəfindən onlara təzminat veriləcəyi barədə heç bir müddəa yoxdur.

Mediainfo.az