Ermənistan ordusunun əsgəri intihara cəhd etdi

Ermənistan ordusunun əsgəri intihara cəhd etdi

10 Oktyabr 2015 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ordusunda dözülməz şərait daha da kəskinləşməkdədir. Yerli tert.am saytının Ermənistan Müdafiə Nazirliyinə istinadən yaydığı xəbərə görə, dünən Lori vilayətindəki hərbi hissələrin birində Vahan Movsisyan adlı müqavilə ilə çalışan hərbçi sirkə turşusu (uksus) içərək intihara cəhd edib. Hələlik hadisənin əsas səbəbi açıqlanmasa da, hərbi polis faktla bağlı araşdırma aparır. Xəstə yerli "Hayastan" xəstəxanasında müalicə alır.

Mediainfo.az