VİDEO-Erməni ailəsi 12 ildir yavan çörəklə dolanır

VİDEO-Erməni ailəsi 12 ildir yavan çörəklə dolanır

11 İyul 2011 19:23
Bəyəndim (0) Bəyənmədim (0)
Uşaqlarını nənənin üstünə atıb qaçan ata, ana

Məqalənin başlığına istehza ilə yanaşanlar əvvəlcə bu süjeti izləsinlər.

Bildiyiniz kimi "Forbes" jurnalının son açıqlamalarına görə, 2011-ci ilin ortalarınadək olan nəticələr göstərir ki, dünyanın ən pis iqtisadiyyatına malik ölkələr siyahısında Ermənistan II yerdədir. Belə ki, təkcə 2009-cu ildə bu ölkənin iqtisadiyyatı 15 faiz tənəzzülə uğrayıb. Ümumi Daxili Məhsulun hər insana düşən payı illik 2959 ABŞ dolları təşkil edir ki, bu da Azərbaycanla müqayisədə 2.5 dəfə azdır. İnflyasiya 7 faizədək yüksəlib. Kasıbçılıq durmadan artır. Əgər yaxın illərdə ölkə iqtisadiyyatı Rusiyanın maddi yardımı hesabına ayaqda dururdusa, indi bir çox sahələrə qoyulmuş sərmayələr sürətlə geri götürülür. Buna ölkədə hökm sürən korrupsiyanı, monopoliyanı və antidemokratik şəraiti əlavə etsək, nəticənin təbii olduğunu görmək olar. Lakin maraqlıdır ki, rəsmi Ermənistan, eləcə də onun havadarları real vəziyyətlə barışmaq istəmirlər və beynəlxalq araşdırmaların nəticələrini şübhə altına almağa çalışırlar.

Deyilənləri nəzərə alaraq, "Partizan" rubrikası çərçivəsində araşdırma apardıq və bir ailənin timsalında sizə Ermənistandakı real durumu təqdim edirik. Fikrimizcə, torpaqlarının 20 faizi işğal altında olan, 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşayan bir cəmiyyətin üzvləri olaraq partizanlıq hər birimizin borcudur.

Artıq 12-ci ildir ki, 11 yaşlı Məryəm və 12 yaşlı Roza 65 yaşlı nənələri Roza Sarkisyanın himayəsi altında yaşayırlar. Onlar minlərlə erməni ailəsi kimi acınacaqlı vəziyyətdədirlər. Uşaqların anası xəstə olduğunu bəhanə gətirərək onlarla qalmır. Ata isə uzun illərdir çörəkpulu qazanmaq üçün Rusiyada yaşayır.

Hetqonline və Çorrord İnşxanatyun saytının müxbirləri bu ailəyə baş çəkərkən nənə çörək bişirirdi. Belə ki, soyuducuda heç bir ərzaq məhsulu qalmamışdı. Ümumiyyətlə, Sarkisyan ailəsi adətən yavan çörəklə qidalanmalı olur. Digər ərzaq məhsulları nadir hallarda bu ailənin qida rasionuna əlavə olunur. Ət haqqında isə danışmağa belə dəyməz. Ailə aylarla ət üzünə həsrət qalır. Hətta bu vəziyyəti zarafatyana tərzdə, "ət orqanizmə ziyandır", - deyə şərh edən nənə qəzetdən gələn qonaqlarına çay süfrəsi açmağa belə çətinlik çəkdi. Havaların isti olduğunu dilə gətirərək müxbirləri sadəcə soyuq suya qonaq etdi.

Hetqonline saytı bu barədə yazır: "Əvvəlcə ailə Sünik vilayətinin Andokavan kəndində yaşayırdı. Uşaqların atası Martiros orta məktəbdə tədris hissə müdiri vəzifəsində çalışırdı. Sonradan ixtisara düşərək, Rusiyaya getməli oldu və artıq geri qayıtmaq fikrində deyil. İlk öncə onun işləri yaxşı gedirdi. İndi isə hərdən 2-3 aydan bir 100 dollar pul göndərir. O da çox nadir hallarda. Ümumiyyətlə ailə nənənin aylıq 20 min 300 dram (O.M: təxminən 48 manat 20 qəpik) məbləğində təqaüdü ilə dolanır. Kənddə yaşaya bilməyəcəklərini anlayan ailə üzvləri bir müddət əvvəl Qafan şəhərinə köçməli oldular. Bunun ardınca uşaqlar internat məktəbinə verildi. Onlar yalnız həftənin şənbə və bazar günləri nənələrinin yanında qalmalı olurlar. Bu ailənin büdcəsi həmçinin müavinətlə arta bilərdi, lakin həmin müavinəti uşaqların anası alır. Belə ki, bir müddət əvvəl ana uşaqları ilə görüşə gələrkən onların doğum haqqında şəhadətnamələrinin nüsxəsini götürmüş, özünə müavinət düzəltmişdi. Uşaqların etiraf etdiklərinə görə, anaları onları çox nadir hallarda ziyarət edir. Nənə isə nəvələrinin ayaqqabısız olduqlarından şikayət edir."

Əlbəttə ki, biz azərbaycanlılar heç kimin pis gününə sevinmirik. Arzu edirik ki, hamı üçün bir olan Allah bu ailəyə də xoş güzəran bəxş etsin. Necə ki, tarixin bütün mərhələlərində biz ermənilərə sığınacaq və çörək vermişik, bu gün də ölkəmizə pənah gətirənlərə qucaq açırıq. Sadəcə, ermənilərin kim olduğunu göstərmək üçün bu məqaləni qələmə aldıq. Çünki səbəb nəticəni yaradır. Elə isə, gəlin görək erməni kimdir?

Dünya həqiqətlərini qəbul etmək istəməyən dövlət məmurları.

Övladlarını körpə yaşlarından qoca nənənin öhdəsinə buraxıb Rusiyaya sığınan ata.

Uşaqlarını taleyin ümidinə buraxan, onlarla maraqlanmayan, hətta onların acınacaqlı vəziyyətindən istifadə edərək özünə müavinət düzəldən ana.

Kasıbların halına yanmayan qonşular və cəmiyyət.

Uşaqları ayaqqabısız qoyan internat rəhbərliyi.

Və ən nəhayət, illərlə azərbaycanlıların çörəyini yeyib, sonda üzünə ağ olan millət...

Natiq Qocaman

O.M.