
Qəzalı binada yaşayan 10 erməni uşağına kömək edən yoxdur
"Diqqət: bina 4-cü dərəcəli qəza şəraitindədir, dağıntıya məruz qalacaq. Yaxınlaşmaq təhlükəlidir. Meriya"
Bu cür lövhə Ermənistanın Sevan şəhərinin Nalbandyan küçəsinin 36 saylı 4 mərtəbəli binasından asılıb. Lakin bu binada hələ də sakinlər yaşayır. Onlardan 10-u uşaqdır.
1960-cı ildə tikilən bina artıq yararsız haldadır. "Yerevanproyekt" layihə institutunun verdiyi texniki yekun rəyinə əsasən çökmə nəticəsində binanın divarlarındakı çatlar sürətlə böyüyür, ümumi konstruksiya pozulub, hətta I və II mərtəbələrin qapı və pəncərələri çətinliklə açılıb-bağlanır. Mütəxəssislər qeyd edirlər ki, sakinlər təcili surətdə evakuasiya olunmalıdırlar. Belə ki, binanın əsaslı təmiri üçün 30 milyon dram (90 min ABŞ dolları) lazımdır.
Sakinlərin sözlərinə görə, şəhər rəhbərliyi bu məbləği ödəmək iqtidarında olmadığını bildirməklə yanaşı, həm də əhalini evakuasiya etməkdən imtina edir. Onlar bunu ehtiyat yaşayış fondunun olmaması ilə izah edirlər.
Nisbətən imkanlı sakinlər artıq daha təhlükəsiz yerə köçüblər. Digərləri isə deputatlarına, o isə öz növbəsində Ermənistan Şəhərsalma nazirinə müraciət edib. Nəticə isə yoxdur.
Sonda sakinlər məcburiyyət qarşısında qalıb prezidentə məktub ünvanlayıblar. Lakin hələ bu məktubun da cavabı gəlməyib.
Son söz əvəzi:
Erməni kimdir? Əhalinin şikayətinə baxmayan məmur. Uşaqların taleyi ilə maraqlanmayan cəmiyyət. Öz canını hər şeydən üstün tutub təhlükəsiz yerə qaçan qonşu. Seçicilərini saymayan deputat. Öz işini görməyən dövlət məmuru. Və nəhayət, vətəndaşlarının taleyi ilə maraqlanmayan prezident.
Millətindən, dinindən, irqindən asılı olmayaraq, sadaladığım tip insanlar hər yerdə erməni sayılmalıdırlar...
Natiq Qocaman
O.M.