Ankarada İbad Hüseynov adına küçə olacaq

Ankarada İbad Hüseynov adına küçə olacaq

24 Aprel 2015 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin paytaxtı Ankara şəhərindəki küçələrdən birinə Azərbaycanın qəhrəman oğlu İbad Hüseynovun adı verilib.

Medianevs.az-ın məlumatına görə, bu barədə Yeni Türkiyə Strateji Araşdırmalar mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, İbad Hüseynovun adının küçəyə verilməsi mərasimi 28 apreldə olacaq.

Qeyd edək ki, İbad Hüseynov Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqlarla məşhurdur. Onun 12 iyun 1993-cü ildə Xocavənddə məşhur erməni terrorçu Monte Melkonyanı məhv etdiyi barədə məlumatlar var.

Mediainfo.az