Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatıb

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatıb

3 Aprel 2015 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada 2 mart-2 aprel tarixlərində keçirilən "TURAZ Şahini-2015" hərbi təlimi başa çatıb.

apa-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrindən 6 təyyarə, 4 helikopter və 104 nəfər iştirak edib.

Türkiyə isə təlimlərə 6 təyyarə və 7 helikopterlə qatılıb.

Təlimlər zamanı müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqlar yerinə yetirilib, uçuş bacarığı və vərdişləri daha da inkişaf etdirilib.

Mediainfo.az