ATƏT-in Minsk qrupunun həmsədrləri separatçı ordunun komandanı ilə görüşdülər
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri separatçı Dağlıq Qarabağ rejiminin ordu rəhbərliyi ilə görüşüb. Tert.am saytının məlumatına görə, separatçı rejimin ordu komandanı general leytenant Movses Akopyan İqor Popov, Ceyms Uorlik və Pyer Andrie ilə cəbhədəki son vəziyyəti müzakirə edib. Görüşdə həmçinin Ancey Kasprşik də iştirak edib. Tərəflər son monitorinqlərin nəticələrini müzakirə ediblər və münaqişənin mümkün həll variantları barədə danışıblar. Daha sonra həmsədrlərin xahişi ilə Movses Akopyan qonaqları maraqlandıran suallara cavab verib.
Ermənistanın Hetq.am saytının məlumatına görə, adıçəkilən görüş jurnalistlər üçün qapalı şəraitdə keçib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəallaşması tərəflər arasında böyük sülh haqda sazişin detallarının razılaşdırılmasına xidmət edir.
Mediainfo.az































































































