Erməni ekspert: “Erməni-rus qarşıdurması ermənilər üçün faciə ilə bitəcək”
Ermənistanın Gümrü şəhərində ruslara qarşı etirazların yeni dalğası gözlənilir. Yerli Tert.am saytının məlumatına görə, şəhərin ziyalıları, ictimai təşkilat rəhbərləri hadisələrin gözlənilən inkişafından ehtiyat edirlər.
"Hamı anlamalıdır ki, Gümrüdə erməni-rus münasibətləri olduqca həssas məsələdir və burada naşılıq etmək, siyasi məqsədlər güdmək olduqca təhlükəlidir". Bu sözləri Tert.am-a açıqlamasında "Şirak Mərkəzi" ictimai təşkilatının rəhbəri Vahan Tumasyan deyib və əlavə edib ki, etirazlar erməni xalqı üçün gözlənilməz nəticələr verə bilər. "Siyasi qüvvələr başa düşməlidirlər ki, biz burda ruslarla yan-yana yaşayırıq. Avetisyan ailəsinin qətlindən sonra rus əsgərləri bir həftə küçəyə çıxmadılar. Ticarət iflic oldu. Yerli mağaza və avtoservis rəhbərləri qan ağlayırdılar" deyən təşkilat rəhbəri Gümrü əhalisinin olduqca ağır iqtisadi vəziyyətdə olduğunu qeyd edib və etirazların başlayacağı təqdirdə yerli əhalini faciələr gözlədiyini vurğulayıb.
Mediainfo.az































































































