Ermənistanın baş naziri istefaya göndərilir?

Ermənistanın baş naziri istefaya göndərilir?

28 İyun 2011 10:27
Bəyəndim (0) Bəyənmədim (0)
Serj Sarkisyan Robert Koçaryan münaqişəsi alovlanmaqdadır

Son zamanlar Ermənistanın A1+ saytında belə bir məlumat yer almışdır ki, bu ölkənin baş naziri istefaya göndəriləcək. Belə ki, təsdiq olunmuş gündəliyə əsasən Ermənistan parlamentinin növbədənkənar iclası gözlənilir. Parlamentə yaxın mənbələrdən verilən məlumata görə, deputatlar iclasda Tiqran Sarkisyana etimadsızlıq göstərməyə hazırlaşırlar. Məlumatda o da bildirilir ki, baş nazir vəzifəsini müvəqqəti olaraq parlamentin sədri Ovik Abramyan icra edə bilər. Belə olan halda onun vəzifəsini müavinlərindən biri yerinə yetirəcək.

Deyilənə görə, son zamanlar Tiqran Sarkisyan eks prezident Robert Koçaryanla əlaqələrini möhkəmləndirmiş, bu isə hazırkı ölkə başçısı Serj Sarkisyanın xoşuna gəlməmişdir. Biznes maraqlarının toqquşması nəticəsində erməni siyasi elitası iki hissəyə parçalanmışdır ki, bu da Robert Koçaryanın tərəfdarlarının get-gedə artmasına səbəb olmuşdur. Hazırda erməni oliqarxları tərəddüd içərisindədirlər. Bir tərəfdə onları siyasət səhnəsinə gətirmiş eks prezident, digər tərəfdə bu vəziyyəti qoruyub saxlayan hazırkı prezident dayanır. Onu da qeyd edək ki, Serj Sarkisyanı da eyni "Qarabağ klanından" olan Robert Koçaryan prezidentlik kürsüsündə oturtmuşdur.

Erməni ikiüzlülüyü siyasi çəkişmələrdə də özünü göstərir. Ermənilər həmişə olduğu kimi eyni prinsiplə hərəkət edirlər: "Erməniyə dayı de, işinin xətrinə"..

Hafiz Əhmədov

O.M.