Əsgərimiz şəhid olub
Azərbaycan Ordusu şəhid verib. Müdafiə Nazirliyi saytının verdiyi məlumata görə, noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.
Düşmənlə atışmada Silahlı Qüvvələrimizin əsgəri, 1995-ci ildə Astara rayonunda anadan olan Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.
Nazirliyin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Mediainfo.az
Digər xəbərlər































































































