BMT rəsmisi: “Ermənistan cəmiyyəti sürətlə qocalır”
01 oktyabrda artıq 24-cü dəfə "Beynəlxalq Ahıllar Günü" qeyd olunub. Tert.am-ın məlumatına görə, bu münasibətlə BMT-nin Əhali Fondunun Yerevan ofisinin nümayəndəsi erməni jurnalistləri qarşısında hesabat xarakterli çıxış edib. Qarik Ayrapetyan çıxışında bildirib ki, dünya üzrə 60 yaşlı və daha ahıl insanlar əhalinin 12%-ni təşkil edir. Ermənistanda bu rəqəm 13%-dir. Ermənistan cəmiyyətinin sürətlə qocaldığını bildirən BMT rəsmisi proqnozlaşdırılan rəqəmlər barədə də danışıb.
Onun sözlərinə, 2030-cu ildə dünyada 60 yaşdan böyük insanların sayı 10 yaşlılardan çox olacaq.
"Ermənistanda isə mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə, 2050-ci ildə 65 yaşlı və daha ahıl insanlar əhalinin 23%-ni təşkil edəcək. 60 yaşlı və daha ahıl vətəndaşların sayı isə 26-27% olacaq. Beləliklə, Ermənistan cəmiyyətinin 1/3-i qocalmış sayılacaq" deyən Qarik Ayrapetyan ölkədə demoqrafik vəziyyətin son dərəcə acınacaqlı olduğunu xüsusilə vurğulayıb. O, Qarabağ müharibəsindən sonra ölkədə doğuşların sayının sürətlə azaldığını da sözlərinə əlavə edib və bunu həlli vacib olan problem adlandırıb.
Mediainfo.az































































































