
Erməni faşizmini hamı lənətləməlidir
FAŞİST HAYLAR
Faşist Almaniyasında belə bir deyim
məşhur idi: "Hay Hitler!" Eşidəndə istər-istəməz düşünürsən ki, ya
Hitler milliyətcə haydır (qeyd: ermənidir), ya da haylar faşistdir. Məsələnin
birinci tərəfi ilə razılaşmaq olmur. Belə ki, Hitler hətta faşist xisləti ilə
belə hay olsaydı, haylar tarixdə iz qoymuş bu şəxsi özününkü elan edərdilər.
Lakin deyimin ikinci hissəsinə rahatlıqla inanırsan. Ən azı ona görə ki, haylar
(qeyd: ermənilər) iki əsrdə dörd dəfə azərbaycanlıları və türkləri soyqırımına
məruz qoyublar. Bu zaman faşistliyin ən qəddar formalarından istifadə ediblər
və yüz minlərlə günahsız insanın qanını töküblər.
MÜQAYİSƏ
Əslində, ermənilərin faşist xisləti bu gün də özünü göstərməkdə davam edir. Oğurluq, yalançılıq, qəsbkarlıq, saxtakarlıq, işğalçılıq bu siyasətin tərkib hissələridir. Ermənilər qonşu ölkələrə qarşı torpaq iddiası ilə çıxış etməklə yanaşı, bu iddialarını silahlı istila ilə həyata keçirirlər. Heç təsadüfi deyil ki, Ermənistanın eks prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan dəfələrlə neonasist ideologiyası ilə çıxış etmişlər və bildirmişlər ki, "qədim" erməni milləti köçəri türk millətlərindən müqayisə olunmaz dərəcədə yüksəkdə durur. Xatırladaq ki, Adolf Hitler də öz zamanında "Mayn Kaft" millətçi kitabında almanların ən yüksək irqdən olduğunu, digər millətlərdən yüksəkdə durduğunu söyləmişdi. Bu faşistin aqibətinin nə olduğunu hamı bilir!
FAŞİZMİN DAVAMI
Faşist ermənilər birinci Qarabağ müharibəsində on minlərlə dinc əhalini qətlə yetirdilər, yüz minlərlə insanı şikəst etdilər, bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə saldılar. Bu zaman Rusiyanın imperialist maraqlarına arxalanaraq heç nədən və heç kimdən çəkinmədilər. İmperialist qüvvələrin kölgəsində gizlənən ermənilər beynəlxalq ictimaiyyəti aldadaraq bu gün də öz çirkin niyyətlərini davam etdirirlər. Bu ölkənin Qarabağ danışıqlarında tutduğu qeyri-konstruktiv mövqe onların işğalçı və kriminal siyasətindən xəbər verir.
YENİ MƏRHƏLƏ
Ermənistan rəhbərliyi həmişə olduğu
kimi yenə də ATƏT-in Astana sammitində destruktiv mövqe nümayişetdirdi.
Bununla belə, erməni cəmiyyəti yaxşı bilir ki, Azərbaycanın səbir kasası
ağzınacan dolmuşdur və biz münaqişənin həlli prosesinin süni şəkildə
uzadılmasına razı olmayacağıq. Azərbaycan Respublikasının prezidenti cənab
İlham Əliyev dəfələrlə rəsmi bəyanatlarında bu fikri səsləndirmişdir. Dünya
ictimaiyyətinə o da aydındır ki, ATƏT-in Minsk qrupu çərçivəsində mövcud
problem illərdir öz məntiqi həllini tapa bilmir. Çünki bu qrupun çıxardığı və
ya çıxaracağı qərarlar yalnız tövsiyə xarakteri daşıya bilər. Ona görə də biz
problemin ədalətli həllini ən yüksək instansiya olan BMT-dən, daha doğrusu,
onun qanun, qərar və qətnamələrindən gözləyirik. Belə ki, BMT sənədləri
imzalandığı halda icbariləşir. Məhz bu səbəbdən Ermənistan rəsmiləri mövcud
problemin həllini BMT-yə həvalə etməkdən çəkinirlər. Çünki hələ döyüşlər gedən
zaman BMT-nin çıxardığı qətnamələrin hər birində bu dövlət işğalçı kimi
göstərilmiş və ondan işğal etdiyi Azərbaycan ərazilərini qeyri-şərtsiz azad
etməsi tələb olunmuşdu.
TƏŞVİŞ
Bu günlərdə Ermənistanın "Tert.am" informasiya agentliyində analitik bir yazı ilə tanış olduq. Rusiya geosiyasi problemlər akademiyasının vitse prezidenti, milliyyətcə erməni olan akademik Araik Sarkisyanın müsahibəsini əks etdirən məqalədə yazılır: "Müharibə başlayarsa, necə ki, bütün yollar buna doğru gedir, heç kim Ermənistana kömək etməyəcək... Ermənistan istənilən halda öz gücünə güvənməlidir... "DQR" özünümüdafiə qüvvələrinin və erməni ordusunun əsgərindən başqa heç kim bu torpaqlar uğrunda canını verməyəcək - nə amerikalı, nə fransız, nə də rus... Rusiya Ermənistanı itirərsə, Tatarıstana, Başqırdıstana kimi bütün Cənubi və Şimali Qafqazı itirəcək. Qarabağın əldən getməsi türk, islam qruplarının birləşməsinə səbəb olacaq." Göründüyü kimi, erməni millətindən olan rusiyalı alim problemi Rusiyanın və digər imperialist qüvvələrin maraqları çərçivəsində qabartmağa çalışır. Bu, ondan irəli gəlir ki, qeyri-konstruktiv mövqedə olan Ermənistan Azərbaycanın mövcud potensialına bələddir və atılacaq hər hansı bir addımın qarşısını böyük dövlətlərin əli ilə almaq istəyir.
NARAHATLIQ
Əslində, ermənilər də ATƏT-in Minsk qrupunun fəaliyyətindən bir o qədər razı deyillər. Sadəcə, özləri üçün pis və daha pis olan seçim arasında pisi seçmək məcburiyyətində qalmışlar. Belə ki, problemin həlli başqa müstəvilərə keçərsə, Ermənistanın siyasi vəziyyəti daha da ağırlaşacaq və onlar BMT qarşısında birbaşa hesabat verməli olacaqlar. ATƏT-in Minsk qrupunun fəaliyyəti isə, necə deyərlər, gözdən uzaq-könüldən iraqdır. Bununla belə, hətta Minsk qrupunun həmsədrləri də hərdən problemi dünyanın diqqət mərkəzinə gətirir, Ermənistanı pis vəziyyətdə qoyurlar. Bu zaman həqiqətləri söyləməkdən belə çəkinmirlər. "Ermənistanın səsi" qəzetinə müsahibə verən hakim partiyanın mətbuat katibi, milli məclisin üzvü Eduard Şarmazanov açıq-aydın ATƏT-in Minsk qrupunun həmsədrlərindən narazılığını bildirərək demişdir: "Həmsədrlər tərəfindən toponim adlarının dəyişdirilməsi, Stepanakertin Xankəndi adlandırılması və Qarabağın işğal altında olan ərazilər kimi göstərilməsi ikili standartın göstəricisidir. Qarabağın tanınmamağı və Azərbaycanın tanınmağı fikrinə əsaslanan həmsədrlər Stepanakerti Xankəndi adlandırırlar, halbuki SSRİ dövründə Xankəndi adında yer yox idi, yalnız Stepanakert var idi. Bu baxımdan bizim ciddi narahatlığımız var. Ermənistan parlament və rəsmi diplomatiyanın bütün səviyyələrində bu yöndə işləməlidir..."
Göründüyü kimi, tarixi saxtalaşdırmaqla məşğul olan erməni deputatı ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səsləndirilən həqiqətləri eşitmək belə istəmir. Əksinə, ermənilər bu haqq səsini birlikdə susdurmağa çalışırlar.
OĞURLUQ
Əslində, oğurluq erməni siyasətinin
prioritetidir. Heç kimə sirr deyil ki, birinci mərhələdə işğal olunan
azərbaycanlı kəndlərinin adları dərhal dəyişdirildi. Məsələn, soyqırımına məruz
qalmış Xocalı şəhərinə İvanyan adı verildi. Sonradan Dağlıq Qarabağdan kənarda
işğal olunmuş ərazilərin adları süni şəkildə erməniləşdirildi. Bu yaxınlarda
Ağdam şəhərinin Akna adlandırılması oğurluq və saxtakarlıq siyasətində növbəti
səhifə oldu. Doğrusu, ermənilərin bu addımı gözlənilən idi. Belə ki, onların öz
adı qədim alban tayfası olan Armeylərdən götürülmədir. Daha doğrusu, ermənilər
özlərini hay və indiki ölkələrini Hayastan adlandırdıqları halda, qədim alban
tayfasının adını və tarixini mənimsəmişlər. Bu hələ son deyil. Tarixin növbəti
mərhələlərində onlar Qafqaz Albaniyasının bütün keçmişini özününkü elan
etdilər. Daha sonra İrəvan, Şuşa, Xankəndi və əsası azəri türkləri tərəfindən
qoyulan digər şəhər və kəndlərin toponimlərini dəyişdilər. Müasir dövrdə isə
tarixi saxtalaşdırmaq cəhdləri işğalçı siyasətlə sürətləndi. Qəribədir ki,
ermənilər bunu edən zaman dünya ictimaiyyəti səsini belə çıxarmırdı.
İŞĞALÇILIQ
Özbaşınalıq o qədər böyük miqyaslar almışdır ki, ermənilər hətta Dağlıq Qarabağdan kənarda işğal etdikləri torpaqları belə geri qaytarmaq istəmirlər. Bu günlərdə "Armenpress"in yaydığı məlumata görə, "ermənilərin avropalı dostları" təşkilatı Dağlıq Qarabağın erməni əhalisi və Ermənistan vətəndaşları arasında sorğu keçirmişdir. Sorğunun nəticələrində bildirilir ki, ermənilər birmənalı şəkildə Dağlıq Qarabağdan kənarda yerləşən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasına qarşıdırlar. Bununla belə, atəşkəs rejiminin gücləndirilməsinə və snayperlərin təmas xəttindən götürülməsinə tərəfdardırlar.
Erməni mətbuatının yazdıqlarına inansaq, görərik ki, ermənilər oğurluq, riyakarlıq, saxtakarlıq kimi mənfi keyfiyyətlərindən əl çəkmək istəmirlər.
ETİRAF
Yuxarıda qeyd etdiyimiz kimi, qəsbkar ermənilər ilk növbədə Rusiyaya arxayındırlar. Çünki onları kütləvi şəkildə Cənubi Qafqaza köçürən, ermənilərə başqalarının torpaqları hesabına dövlət quran məhz Rusiya olmuşdur. Başqa sözlə desək, bugünkü Ermənistan dövləti Rusiyanın işğalçı siyasətinin bəhrəsidir. Erməni tarixçilərinin yaratdıqları "qədim" tarixə baxmayaraq, onlar özləri də bu həqiqəti Rusiya prezidentinin dilindən bir daha duymalı oldular.
2003-cü ilin 05 oktyabr tarixində
ümumdünya ermənilərinin I qurultayı keçirilirdi. Əvvəla onu qeyd edək ki, bu qurultay birinci və sonuncu oldu. O, heç bir məntiqə əsaslanmadan Rusiya
Federasiyasının paytaxtı Moskva şəhərində təşkil edildi. Özü də Rusiya siyasi
elitasının nəbzinin vurduğu Kremlin Qurultaylar Sarayında. Halbuki sağlam
düşüncəyə görə bütün dünya erməniləri müstəqil Ermənistan Respublikasının
paytaxtında toplanmalı idilər. 52 ölkədən gəlmiş 138 təşkilatın nümayəndələri
kürsüyə qalxan Rusiyanın o vaxtkı prezidenti Vladimir Putini sürəkli alqışlarla
qarşıladılar.
V.Putin sürəkli alqışlar altında nitqə başladı: "Sağ olun, hörmətli xanımlar və cənablar. Günaydın, əziz dostlar. "Barevdzes" (ermənicə salam)... Böyük Rusiya islahatçısı çar dahi Pyotr öz qərarlarının birində aşağıdakıları yazmışdır. Maraqlı səslənir: "Erməniləri mümkün qədər tumarlamaq, vəziyyətlərini mərifətli dərəcədə yüngülləşdirmək, daha çox köç etmələri üçün onlarda həvəs yaratmaq lazımdır"... Aradan çox keçmədi, cəmi 300 il. Deyildi, əməl olundu."
Göründüyü kimi, hətta Rusiya rəhbərləri də ermənilərin Cənubi Qafqaza köçürülmə səbəblərini və köçün tarixini dəqiq bilirlər.
SON SÖZ ƏVƏZİ:
İmperiyalar nə vaxtsa yarandığı kimi, bir vaxt da çökür. Ötən əsrin ortalarında faşist Adolf Hitlerin imperiyası dağıldığı kimi. Lakin bu o demək deyil ki, biz tarixi ədaləti bərpa etmək üçün ermənilərin havadarı olan Rusiya imperiyasının süqutunu gözləməliyik. Əsla. Azərbaycanın öz əzəli-əbədi torpaqlarını geri qaytarmağa gücü də var, iradəsi də. Əgər elə olmasaydı, biz şəhidlərimizin qanı bahasına Rusiya imperiyasının tərkibindən çıxa bilməzdik. Deməli, yenə də gücü bir yerə toplayıb son həmləyə hazır olmalıyıq. Ali baş komandanımız cənab İlham Əliyev danışıqlar resursunun bitdiyini elan etdiyi zaman biz bir nəfər kimi imperiyaya və onun faşist xislətli kölələrinə qarşı ayağa qalxmalıyıq.
Şəlalə Nəriman
O.M.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.