Vinatyenin casusluğuna dair sübutların toplanması  başa çatıb

Vinatyenin casusluğuna dair sübutların toplanması başa çatıb

2 Avqust 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

İstintaq Fransa vətəndaşı Loran Vinatyenin (Rusiya Federasiyasında xarici agent kimi tanınan) hərbi fəaliyyəti ilə bağlı casusluq sübutlarının toplanması demək olar ki, başa çatıb. Bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

“İşin istintaqı faktiki olaraq başa çatıb, şahidlər dindirilib. Yalnız ekspertiza rəyi almaq, Vinatyaya qarşı yekun ittiham irəli sürmək və ittiham aktı ilə işi prokurora göndərmək qalır”, - müstəntiqlər bildiriblər.

İstintaq iddia edir ki, Vinatye bir neçə il ərzində məqsədyönlü şəkildə “Rusiyanın hərbi və hərbi-texniki fəaliyyəti sahəsində” məlumat toplayıb, xarici agent kimi qeydiyyat üçün sənədləri təqdim etmək öhdəliyini yerinə yetirməyib. FSB hesab edir ki, Vinatye xarici kəşfiyyat xidmətlərinin Rusiyaya zərər vermək üçün istifadə edə biləcəyi hərbi məlumatları toplayıb.

Oxuməni.az