
Rusiya yüklərini daşıyan iki tankerə hücum edilib
Yəmənin husi üsyançıları 24 saat ərzində Qırmızı dənizdə Rusiya yüklərini daşıyan iki tankerə hücum edib. “Arab News” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.
İlk vurulan, Rusiyadan Çinə bitki yağı daşıyan Panama bayrağı altında üzən İsrailə məxsus Bentley I oldu. Husilər ona tərəf partlayıcı maddələr olan bir pilotsuz təyyarə və iki kiçik minalanmış qayıq göndərib, daha sonra gəmiyə doğru ballistik raket atıblar. Lakin onlar tankerə zərər verə bilməyiblər.
Daha sonra üsyançılar Liberiya bayraqlı, Marşal adalarında qeydiyyatdan keçmiş Chios Lion neft tankerini uzaqdan idarə olunan qayıqla atəşə tutub və zədələyiblər. Tanker Krasnodar diyarındakı Tuapse limanından 100 min ton xam neft daşıyırdı.
Oxuməni.az