
İsrail Qəzza zolağına irimiqyaslı aviazərbələr endirib
İsrailin Qəzza zolağına endirdiyi irimiqyaslı aviazərbələr nəticəsində ən azı 48 fələstinli həlak olub. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bir saatdan az müddətdə İsrailin üç hava hücumu nəticəsində 48 nəfər həlak olub. Telekanal qeyd edib ki, Qəzzanın mərkəzindəki Nuseyratdakı BMT məktəbində azı 25 nəfər, Xan Yunisdə 18 nəfər, Qəzzanın şimalındakı Beyt Lahiyada isə 5 nəfər həlak olub.
Əl-Cəzirə bildirir ki, İsrailin 2023-cü il oktyabrın 7-dən Fələstinə hərbi təcavüzü nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 38 713 vətəndaş həlak olub, 89 mindən çox fələstinli isə yaralanıb.
Oxuməni.az
Digər xəbərlər