
HƏMAS hərəkatının hərbi qanadının rəhbərliyinin yarısı məhv edilib
Qəzza zolağında doqquz aylıq əməliyyatlar zamanı İsrail hərbçiləri 14 minə yaxın fələstinli radikalı öldürüb və ya həbs edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin quru, hava və dəniz qüvvələri müharibənin məqsədlərinə çatmaq üçün 263 gündür ki, fəaliyyət göstərirlər. Bu müddət ərzində 6 briqada komandiri, 20-dən çox batalyon komandiri və 150-yə yaxın rota komandiri məhv edilib”, - məlumatda deyilir.
O, həmçinin qeyd edir ki, “İsrail Müdafiə Qüvvələri bu günə qədər Qəzza zolağının daxilində təxminən 37 min hədəfə və 25 mindən çox terrorçu infrastruktur obyekti və buraxılış obyektinə havadan hücum edib”.
Oxuməni.az
Digər xəbərlər