
HƏMAS-la döyüşlərdə İsrail itkilər verib
İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatı ilə davam edən döyüşlər zamanı iki əsgərin öldüyünü təsdiqləyib.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Qəzza zolağının cənubunda aparılan döyüş əməliyyatları zamanı Nahal briqadasının 931-ci batalyonunun əsgəri, 21 yaşlı serjant Ori Yitzhak Hadad həlak olub. İordan çayının qərb sahilindəki Tulkarm yaxınlığındakı Nur Şəms qaçqın düşərgəsində 22 yaşlı serjant Yehuda Getto isə əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.
Bu məlumatları nəzərə alsaq, Fələstin-İsrail münaqişəsinin yeni raundunda ölən İsrail hərbçilərinin sayı ordunun mətbuat xidmətinin məlumatına görə, artıq 672-dir.
Oxuməni.az
Digər xəbərlər