Sevastopolda vəziyyət gərgin olaraq qalmaqda davam edir

Sevastopolda vəziyyət gərgin olaraq qalmaqda davam edir

24 İyun 2024 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Raket hücumundan sonra Sevastopolda vəziyyət gərgin olaraq qalmaqda davam edir

Ukrayna silahlı qüvvələri tərəfindən Sevastopola ATACMS raketləri tərəfindən endirilən zərbədən sonra bölgədə əmələ gələn təhlükəli vəziyyətlə bağlı bəzi qərarlar qəbul edilib.

Bölgədən gələn son məlumatlara görə, Sevastopol qubernatoru Mixail Razvojayev şəhərdə vəziyyətin ağırlığını nəzərə alaraq fövqəladə vəziyyət elan edildiyini bəyan edib.

Xatırladaq ki, Ukrayna silahlı qüvvələrinin Sevastopola endirdiyi raket zərbələri nəticəsində 5 nəfər ölüb, 151 nəfər yaralanıb, 82 nəfər xəstəxanaya yerləşdirilib.

Faciə ilə əlaqədar iyunun 24-də Sevastopolda matəm elan edilib.

Oxuməni.az