
"Transworld Navigator" yük gəmisi Yəmən husilərinin hücumuna məruz qalıb
Ədən körfəzində "Transworld Navigator" yük gəmisi Yəmən husilərinin hücumuna məruz qalıb.
Husilər Ədən körfəzində Liberiya bayrağı altında üzən Yunanıstana məxsus "Transworld Navigator" yük gəmisinə raket zərbəsi endiriblər. Nəticədə gəmi zədələnib və ekipaj üzvləri arasında yaralananlar var.
Bu barədə CENTCOM-un yaydığı məlumatda deyilir.
Öz növbəsində Husilərin hərbi sözçüsü Yəhya Sari "Transworld Navigator"u məhv etmək üçün ikinci əməliyyat həyata keçirildiyini təsdiq edib.
Oxuməni.az
Digər xəbərlər