Bakıdan qayıdan Raffi Ovannisyan ölkəsinin quyuda olduğunu etiraf etdi

Bakıdan qayıdan Raffi Ovannisyan ölkəsinin quyuda olduğunu etiraf etdi

28 Noyabr 2012 14:09
Bəyəndim (0) Bəyənmədim (0)
“Təcrid olunmaqla milli maraqları güdmək olmaz”

"Biz öz zərərimizə tənbəl xarici siyasət yürüdürük". Bunu Bakıdakı işgüzar səfərdən yenicə qayıtmış Ermənistanın "Miras" partiyasının rəhbəri Raffi Ovannisyan yerli jurnalistlərə açıqlamasında deyib. O, ilk əvvəl qeyd edib ki, Bakıya bir daha səfər etmək imkanı olsa, bu imkanı qaçırmayacaq. Partiya başqanı ölkəsini hədsiz passivlikdə ittiham edərək bildirib ki, Ermənistan hər yerdə olmalıdır və öz mövqeyini bildirməlidir: "Təcrid olunmaqla milli maraqları güdmək olmaz. Dövlət milli maraqların təqdimatı işinə başlamalıdır və ölkəni düşdüyü quyudan çıxarmalıdır."

Xatırladaq ki, Raffi Ovannisyan 21-23 noyabr tarixlərində Bakıda keçirilən Asiya Ölkələrinin Siyasi Partiyalarının 7-ci Beynəlxalq Assambleyasında iştirak edib.

O.M.