Rəsmi Yerevan SSRİ-nin bərpasına çalışır
Rusiya prezidenti Vladimir Putin seçkiqabağı platformasında yaxın 15 il ərzində SSRİ-ni tam bərpa edəcəyi haqda açıq-aydın bəyanat səsləndirmişdi. Regionda baş verən son hadisələr onu göstərir ki, deyilən sözlərin əməli şəkildə icrasına başlanılıb. Bunda təkcə Rusiyanın imperialist qüvvələri maraqlı deyil, siyasi və iqtisadi cəhətdən dövlət şəklində təşəkkül tapa bilməmiş sabiq SSRİ respublikalarının bəziləri də Rusiyanın qoltuğuna sığınmağa çalışırlar.
Ermənistanın baş naziri Tiqran Sarkisyanın Rusiyanın "Известия (Xəbərlər)" qəzetinə verdiyi son müsahibədə bunun bariz nümunəsini görmək mümkündür. O, müxbirin verdiyi "Rusiya-Ermənistan münasibətlərini necə qiymətləndirirsiniz" sualının cavabında Avrasiya İqtisadi Birliyinin gücləndirməsinin vacib olduğunu bildirib: "Bizim aramızda strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ermənistan MDB və Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya proseslərinin gücləndirilməsində maraqlıdır. Düşünürəm ki, Gömrük ittifaqı ölkələri vahid valyutaya yaxındırlar. Bunun üçün cəmi beş il razılaşdırılmış maliyyə-kredit və büdcə siyasətini həyata keçirmək lazımdır. Bu, həm Rusiyaya, həm Qazaxıstana, həm də Belorusa sərfəlidir. Əminlik var ki, bu ölkələrin inkişaf səviyyəsi eynidir. Vahid valyuta təsərrüfat subyektləri ilə yanaşı sadə vətəndaşlar üçün də əlverişlidir. Milli valyutaya malik olmağın nə mənası var ki, transfertlər zamanı pullar itirəsən?"
Yalnız qul psixologiyalı cəmiyyətlər azadlığı bir parça çörəyə dəyişirlər...
Aqil Hüseynov
O.M.































































































