Erməni deputat Ermənistanın 2013-cü ilə nəzərdə tutulan büdcəsini məsxərəyə qoydu

Erməni deputat Ermənistanın 2013-cü ilə nəzərdə tutulan büdcəsini məsxərəyə qoydu

1 Noyabr 2012 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan parlamentinin "Erməni milli konqresindən" olan deputatı Qrant Baqratyan ölkənin 2013-cü il büdcə layihəsini məsxərəyə qoyub. Onun fikrincə, təqdim olunan rəqəmlərə baxmayaraq, Ermənistanın 2013-cü ilə nəzərdə tutulan dövlət büdcəsi 2012-ci il büdcəsindən azdır. Deputat bunu gəlirdən inflyasiyanı çıxmaqla, iqtisadi inkişaf və digər göstəriciləri nəzərə almaqla əsaslandırdığını deyib: "Əgər iqtisadi inkişaf varsa, zəhmət olmasa deyin, bu inkişaf harada görünür? Büdcədə 150 mlrd. dram (qeyd: təxminən 288 milyon manat) artım varsa, niyə heç yerdə əməkhaqqı artırılmır? " Deputatın fikrincə, nəzərdə tutulan 5 faizlik inkişaf yerinə büdcə kəsiri azalmır, əməkhaqqı artırılmır, deməli, tənəzzül müşahidə olunur: "Hökumətin dediyinə görə, biz 5% yaxşı yaşamalıyıq. Ancaq bu, qətiyyən hiss olunmur".

O.M.