Yerevanda yenitikili bina uçdu
Ölən yoxdur, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb
Bu gün yerli vaxtla saat 13:10 radələrində Ermənistanın paytaxtında baş vermiş bədbəxt hadisə barədə FHN-ə məlumat daxil olub. Tert.am-ın məlumatına görə, şəhərin Xancanyan küçəsində, Jose restoranlar şəbəkəsinin yanında tikintisi başa çatdırılmamış yaşayış binası uçub. Nəticədə 11 nəfər xəsarət alıb, ölənlər barədə məlumat yoxdur. Hadisə yerinə 6 yanğınsöndürən briqada və təcili yardım maşınları göndərilib.
O.M.
Digər xəbərlər































































































