Ermənistanda Ermənistan sərnişin təyyarələrinin uçuşuna qadağa qoyuldu
Ermənistanın "Zvartnots" beynəlxalq aeroportu ölkənin milli aviaşirkəti olan "Armavia"nın uçuşlarını dayandırıb. İnterfax-ın məlumatına görə, səbəb yaranmış borcdur. "Zvartnots" beynəlxalq aeroportunun mətbuat xidmətinin rəisi Gevork Abraamyan bu radikal qərarın borc ödənilənə qədər qüvvədə qalacağını bildirib. Onun sözlərinə görə, borc razılaşdırılmış məbləğdən 1 milyon ABŞ doları çoxdur və bu günə 3.360 milyon $ təşkil edir. Məhz bu səbəbdən hava limanı tərəfindən ölkənin ən böyük aviaşirkətinin reyslərinə xidmət dayandırılıb.
O.M.
Digər xəbərlər































































































