“Müəmmar Qəddafi erməniləri çox sevirdi”
Rusiya erməniləri ittifaqının sədri Ara Abramyan Liviya müharibəsində 1 milyard dollara yaxın vəsait zərər edib. Tert.am-ın məlumatına görə, bu barədə o, 12 oktyabr günü keçirdiyi mətbuat konfransında məlumat verib. Rusiya ermənilərinin rəhbəri Liviyanın qətlə yetirilmiş sabiq prezidenti Müəmmar Qəddafi ilə yaxın dost olduğunu bildirərək deyib: "Bu insan erməni xalqının faciəsindən xəbərdar idi və "soyqırımı məsələsinə" görə narahatlıq keçirirdi. O, erməniləri çox sevirdi. Mənimlə onun arasında xoş münasibətlər formalaşdığı üçün Liviyaya 1 milyard dollara yaxın investisiya qoymuşdum". Daha sonra Ara Abramyan qəzetlərin iddia etdiyinin əksinə olaraq müflis olmadığını bildirib: "Bu siyasətdir, bəzən yaxşı olur, bəzənsə pis. Ancaq mən qəzetlərin iddia etdikləri kimi müflis olmamışam".
Ataların dəyərli bir məsələ var: "Fellə gələn yellə gedər!"
Aqil Hüseynov
O.M.































































































