
Ermənistan müxtəlif beynəlxalq təşkilatlara 8 milyon ABŞ dolları məbləğində üzvlük haqqı borcludur
Belə getsə, qonşu dövlətin səsvermə hüququ əlindən alına bilər
Ermənistan bugünkü günə üzvü olduğu müxtəlif beynəlxalq təşkilatlara 8 milyon ABŞ dolları məbləğində üzvlük haqqı borcludur. "Haykakan Jamanak (Erməni zamanı)" qəzetinin məlumatına görə, mövcud faktı dünən ölkə parlamentində büdcə müzakirələrində iştirak edən Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan təsdiq edib. Bununla belə, dövlətin hansı təşkilatlara borclu olduğunu bildirməyib. Nazirlik rəsmisi hələlik Ermənistanın hər hansı bir təşkilatda səsvermə hüququndan məhrum olmadığını desə də, bunun nə vaxta kimi davam edəcəyindən xəbərsiz olduğunu bildirib.
O.M.
Digər xəbərlər