
Ermənistanda hərbçilərin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verdi
Ermənistanda hərbçilərin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Tert.am-ın məlumatına görə, dünən yerli vaxtla saat 16:30 radələrində Ermənistanın Araqasotn vilayətinin Aruç-Nor Amanos avtomobil trasının 4-cü km-də Müdafiə Nazirliyinə məxsus "Qaz 33081" avtomobili aşıb. Nəticədə 10 nəfərdən 9-u ağır bədən xəsarəti ilə hərbi hospitala yerləşdirilib. Yaralılardan biri, sıravi Qor Qalstyan aldığı xəsarətdən xəstəxanada keçinib. Digər bir hərbçinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı Ermənistan hərbi prokurorluğunda cinayət işi açılıb.
O.M.
Digər xəbərlər