Ermənistan müxalifəti: “Ermənistan danışıqlar prosesindən imtina etməlidir”

Ermənistan müxalifəti: “Ermənistan danışıqlar prosesindən imtina etməlidir”

3 Sentyabr 2012 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Milli ordunun zabiti, mayor Ramil Səfərovun ekstradisiyası və əfv olunması məsələləri Ermənistan cəmiyyətini iqtidara qarşı qoyub. Qonşu ölkədə gərginlik səngimək bilmir. Hər kəs Ermənistanın siyasi arenada düçar olduğu uğursuzluğun günahkarlarını axtarır. Artıq müxalifət də aktivləşib.

Tert.am-ın yaydığı məlumata görə, Ermənistan Milli Məclisinin milli konqresdən olan deputatı Qrant Baqratyan iqtidarı acizlikdə ittiham edərək sərt addımlar atmağa çağırıb: "Ermənistan danışıqlar prosesində məcbur edilən tərəfə çevrilib. Bu halda ən düzgün addım danışıqlar prosesindən imtina və Ramil Səfərovun Macarıstana qaytarılmasını tələb etmək olardı. Bu, bizim yeganə mənəvi qələbəmiz ola bilər, bizim başqa yolumuz və təsir mexanizmimiz yoxdur".

Ermənistanda bataqlıq sindromu hökm sürür. İstənilən hərəkət cəmiyyəti daha da dərinə batırır...

Murad Şahməmmədov

O.M.