Erməni mətbuatı: Ermənistan Rusiya və ABŞ üçün heç bir dəyər kəsb etmir

Erməni mətbuatı: Ermənistan Rusiya və ABŞ üçün heç bir dəyər kəsb etmir

3 Sentyabr 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərov ətrafında baş verən hadisələr Ermənistan və Rusiyanın ermənipərəst qüvvələrini narahat etməkdədir. Bu barədə erməni mətbuatında silsilə məqalələr nəşr olunmaqdadır. Qonşu ölkənin politoloqları açıq-aydın bəyan edirlər ki, Ermənistan Rusiya və ABŞ üçün heç bir dəyər kəsb etmir. Bu isə o deməkdir ki, Ermənistan iqtidarının 20 ildən artıqdır yürütdüyü siyasət heç bir məntiqə əsaslanmadığı üçün məğlubiyyətə düçar olmalıdır. Bunu qonşu ölkənin politoloqları da etiraf etmək məcburiyyətində qalıblar. Hətta iqtidaryönümlü siyasətçilər də bu halı siyasi məğlubiyyət kimi qiymətləndirirlər.

Tert.am-ın verdiyi məlumata görə, Ermənistanın Regional araşdırmalar mərkəzinin direktoru Riçard Kirakosyan son hadisələr barədə çox sərt danışıb: "Rusiya prezidenti Vladimir Putinin və XİN-nin Ramil Səfərovun ekstradisiya və əfv olunması məsələsinə heç bir reaksiya verməmələri onu deməyə əsas verir ki, çoxlarının düşündüyünün əksinə olaraq, Rusiya Ermənistanın etibarlı tərəfdaşı deyil. Belə ki, yaranmış böhran şəraitində Rusiya Azərbaycanı ittiham etməli olduğu halda sükutunu qorudu. ABŞ prezidenti isə sadəcə narahatlığını bildirməklə kifayətləndi".

Digər politoloq Levon Şirinyanın fikrincə isə, Avropa Birliyinin üzvü olan Macarıstan ABŞ-ın razılığı olmadan heç zaman bu addımı atmazdı.
Son hadisələr fonunda bir həqiqət məlum oldu ki, Ermənistan Rusiya və ABŞ üçün heç bir dəyər kəsb etmir. Bu isə Ermənistan iqtidarının həyata keçirdiyi siyasətə verilən obyektiv qiymətdir...

Ali Kan

O.M.