Ermənistan və Rusiya mətbuatı Azərbaycan prezidentini tənqid etmək istəyərkən tərif etmiş oldular

Ermənistan və Rusiya mətbuatı Azərbaycan prezidentini tənqid etmək istəyərkən tərif etmiş oldular

3 Sentyabr 2012 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Ordusunun mayoru Ramil Səfərovla bağlı müzakirələr davam etməkdədir. Onun qanuni əsaslarla Macarıstandan ekstradisiya olunması və Azərbaycan Respublikasında prezident tərəfindən əfv olunması məsələsi təkcə Ermənistan cəmiyyətini deyil, həmçinin bəzi ermənipərəst Rusiya dairələrini də narahat etməkdədir. Belə ki, mövcud məsələ hələ də hər iki ölkənin mətbuat səhifələrində gündəmi məşğul edir.

Bu gün Rusiyanın "Независимая газета (Müstəqil qəzet)" mətbu orqanına istinadən Ermənistanın tert.am və digər mətbu orqanları Ramil Səfərovla bağlı silsilə məqalələr nəşr ediblər. Sözsüz ki, bu məqalələrin leytmotivini qəzəb və təəssüf hissindən doğan iftiralar və məntiqsiz mülahizələr təşkil edib. Hər bir halda müəlliflər aqressiv mövqe nümayiş etdirərək, Azərbaycan və Macarıstan dövlətlərinin ünvanına sərt ittihamlarla çıxış etməkdən çəkinməyiblər. Əslində, bu, belə də olmalı idi. Azərbaycanın diplomatik və siyasi qələbələri onun opponentlərini qıcıqlandırmaya bilməzdi.

Bununla belə, hər bir məqalədə qeyri-ixtiyari olaraq Azərbaycan prezidentinin atdığı addım cəsarət və müstəqil siyasət rəmzi kimi ifadə olunub. Məsələn, "Независимая газета (Müstəqil qəzet)" və tert.am-ın "Армянская сторона теперь может указывать на несостоятельность заявлений Азербайджана о блестящем будущем НК в его составе" başlıqlı məqaləsində yazılır: "... Görünür, o (Azərbaycan prezidenti) öz addımı ilə mütləqliyini və bəzi məsələlərdə dünya ictimaiyyətindən asılı olmadan hərəkət etməyə hazır olduğunu nümayiş etdirdi... İttiham edilmiş zabitin azad olunması ilə Azərbaycan lideri başqa bir məqsəd də güdə bilərdi – Milli ordunun və bütün xalqın döyüşkən ruhunun artırılması, həmçinin ictimaiyyətdə dövlətin öz qəhrəmanlarına sahib çıxdığı haqda inamın yaradılması..."

Məqalədə həmçinin İlham Əliyevin ölkədaxili müxalifətlə mübarizədə tutarlı üstünlük əldə etdiyi də bildirilib. Göründüyü kimi, hətta opponentlərimiz də həqiqətin gözlərinə dik baxmalı olublar. Məsələnin mahiyyətini nə qədər təhrif etməyə çalışsalar da, Azərbaycanın uğurları ilə barışmaq məcburiyyətində qalıblar. Bu isə böyük qələbəyə aparan yolda ən böyük sıçrayış deməkdir.

Murad Şahməmmədov

O.M.