Ermənistanda rəsmi statistika: “86,4 % əhali pis yaşayır”

Ermənistanda rəsmi statistika: “86,4 % əhali pis yaşayır”

7 Avqust 2012 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan əhalisinin həyat şəraiti haqda bu gün növbəti statistik açıqlama jurnalistlərə təqdim olunub. Tert.am-ın məlumatına görə, vətəndaş və sosioloji məsləhətlər institutu "İPSC" Ermənistanın müxtəlif ərazilərində 2000 respondent arasında sorğu keçirib. Sorğunun nəticələrini açıqlayan analitik Samvel Manukyan bildirib ki, ölkədə 2011-ci ildə 2010-cu ilə nisbətən həyat səviyyəsi 3% yüksəlib. Bununla belə rəqəmlər ürəkaçan deyil. Belə ki, əhalinin 37,4%-i pis yaşayır və həyatından narazıdır. 49% pis yaşasa da, həyatı ilə barışıb. Rəyi öyrənilən respondentlərin 10,3%-i həyatından razıdır və yalnız 3,3% yaxşı yaşadığını bildirir. Məlumatda o da qeyd olunur ki, daha çox paytaxt sakinləri həyat şəraitləri ilə qane deyillər. Əlbəttə ki, ölkədə əla yaşayanlar da var, lakin onlar yalnız oliqarxların ailələrini təmsil etdiyindən faiz etibarilə çox aşağıdır və bu səbəbdən rəqəmlərdə öz əksini tapa bilməyiblər.

Xatırladaq ki, təqdim olunan statistik araşdırma hökumətin sifarişi ilə aparılıb. Bu isə o deməkdir ki, ölkədə sosial-iqtisadi vəziyyət daha da acınacaqlıdır.

O.M.