QALMAQAL: Ermənistanın dini lideri məxfi agent imiş

QALMAQAL: Ermənistanın dini lideri məxfi agent imiş

7 Avqust 2012 13:50
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan mətbuatı: ““Ermənistanda bütün dəyərləri ləkələyən bu hakimiyyət xalqın müqəddəs kilsəsinə qədər gəlib çatıb”

Ermənistanın dini lideri II Qaregin yeni bir siyasi qalmaqalın episentrindədir. Bu dəfə o, Ermənistan iqtidarının məxfi tapşırığı ilə kəşfiyyatçılıq fəaliyyətində ittiham olunur. Tert.am-ın məlumatına görə, bu günlərdə Müqəddəs Eçmiədzinin (bütün ermənilərin dini mərkəzi) məxfi sənədi aşkara çıxıb. Belə ki, bütün ermənilərin katolikosu II Qareginin tapşırığı ilə dini qurumun diplomatı yepiskop Arşak Xaçatryan Fransa və Qərbi Avropa yepiskopluğunun rəhbəri Norvan Zakaryana xüsusi məktub göndərib. Məktubda bildirilir ki, tezliklə Qərbi Avropa ölkələrində yaşayan Ermənistan vətəndaşları haqda məlumat toplanılaraq Ermənistanın dini mərkəzinə göndərilməlidir. Ehtimal olunur ki, bu cür təlimatlar başqa yepiskoplara da göndərilib.

Ermənistanın "Jovoxurd" qəzeti bu barədə yazır: "Adıçəkilən məktub bir neçə faktı sübut edir: beləliklə, hökumət DİN və Milli Təhlükəsizlik Xidməti kimi dövlət strukturlarının funksiyalarını Müqəddəs Eçmiədzinə həvalə edib. Buna razılıq verən katolikos nəinki "agent" adı ilə ləkələnib, həmçinin sübut edib ki, dövlət strukturları fəaliyyətsizdir. Halbuki, Konstitusiyanın 8.1 maddəsinə əsasən, din dövlətdən ayrıdır".

"Jovoxurd" qəzeti son olaraq məsələyə münasibət bildirib: "Ermənistanda bütün dəyərləri ləkələyən bu hakimiyyət xalqın müqəddəs kilsəsinə qədər gəlib çatıb. Əlavə şərhə ehtiyac yoxdur".

O.M.