ABŞ-da Dağlıq Qarabağ separatçı rejiminin tanınması üçün prezidentə və Konqresə müraciət olundu

ABŞ-da Dağlıq Qarabağ separatçı rejiminin tanınması üçün prezidentə və Konqresə müraciət olundu

7 Avqust 2012 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən ABŞ-ın Massaçusets ştatının Nümayəndələr palatası Dağlıq Qarabağ separatçı rejiminin tanınması üçün prezident Barak Obamaya və Konqresə müraciət göndərib. Tert.am-ın məlumatına görə, müraciətin müəllifi Nümayəndələr palatasının üzvü Conatan Xeçtdir. Qətnamə xarakterli müraciətdə separatçı rejimin fəaliyyəti təqdir olunur, Azərbaycanın ərazi bütövlüyü sual altına alınır. Hələlik rəsmi Vaşinqton bu məsələni şərh etməyib.

Xatırladaq ki, 2010-cu ilin 25 fevral günü Massaçusets ştatının Nümayəndələr palatası Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc azərbaycanlı əhalisinə qarşı soyqırımı törətməsi barədə qətnamə qəbul edib, eyni zamanda bu hadisənin tanınması üçün prezident Barak Obamaya və Konqresə müraciət göndərib.

O.M.