Ermənistanın sabiq I xanımı hazırkı I xanımdan küsüb

Ermənistanın sabiq I xanımı hazırkı I xanımdan küsüb

13 İyul 2012 11:08
Bəyəndim (0) Bəyənmədim (0)
Bella Koçaryan Rita Sarkisyanın anasının dəfnində və yasında iştirak etmədi

Ermənistanın sabiq prezidenti Robert Koçaryan öz sələfi Serj Sarkisyandan incidiyi kimi həyat yoldaşı da hazırkı birinci xanımla küsülüdür. Ermənistanın "Qraparak" qəzetinə istinadən tert.am-ın yaydığı məlumata görə, Bella Koçaryan (sabiq I xanım) Serj Sarkisyanın qayınanasının dəfnində və yasında iştirak etməyib. Ölkənin ən zəngin adamı Qaqik Sarukyanın arvadı Cavahir Sarukyan isə həm dəfndə, həm də yas mərasimlərində iştirak edib.

Məlumatda o da bildirilir ki, Robert Koçaryan ailəsi ilə birlikdə Yunanıstandadır. Sabiq prezidentin həmin ölkəyə tez-tez səfər etməsi onu deməyə əsas verir ki, Robert Koçaryanın biznesinin böyük hissəsi məhz Yunanıstanda qurulub.

O.M.