ABŞ gələn həftə Qrehemin "cəhənnəm sanksiyaları" qanun layihəsinə səs verə bilər
ABŞ Senatı mərhum senator Lindsi Qrehemin təşəbbüsü ilə Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" qanun layihəsini gələn həftə qəbul edə bilər.
Bu barədə Oxuməni.az Axios-a istinadən məlumat verib.
Mənbələrə görə, demokratlar respublikaçı həmkarlarına sanksiyalar paketinə səs verməyə hazır olduqlarını bildiriblər.
Qanun layihəsi qəbul edilərsə, bu, Ukraynadakı müharibəyə son qoymağa kömək edəcək.
Çərşənbə axşamı Kapitolidə senatorun xatirə mərasimi keçiriləcək. Bu, öz növbəsində, Qrehemin son günlərində irəli sürməyə çalışdığı qanun layihəsinin Senat tərəfindən nəzərdən keçirilməsi üçün emosional fon rolunu oynayacaq.
"Gələcəyə nikbin baxıram və irəliləyə biləcəyimizə ümid edirəm. Ukrayna döyüş meydanında irəliləyiş əldə edir və Kremlin mövqeyi getdikcə daha da təhlükəli hala gəlir. İndi hərəkətə keçməyimiz vacibdir", - deyə senator Cin Şahin bildirib.
Axios qeyd edir ki, 60-dan çox həmmüəllifinin olduğu qanun layihəsi Qrehemin 11 iyulda qəfil ölümündən sonra iki dəfə yenidən nəzərdən keçirilib.
Xüsusilə, senatorlar ikinci dərəcəli tariflərin ümumi dərəcəsini 500%-dən 100%-ə endiriblər və qanunun əhatə dairəsini daraldıblar, tariflərin beşdən çox ölkədə tətbiq olunmasına icazə veriblər.
Daha sonra, 19 iyulda ABŞ prezidenti Donald Tramp qanunun İranı da əhatə edəcək şəkildə genişləndirilməsini istədi. Senatorlar da öz növbəsində bunu nəzərə aldılar.
Xatırladaq ki, ötən həftə media orqanları Tramp administrasiyasının Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edən qanun layihəsini dəstəkləməyə hazır olduğunu bildirmişdi.
Öz növbəsində ABŞ prezidenti jurnalistlərlə söhbəti zamanı açıq şəkildə qanun layihəsinin qəbul edilməsi və imzalanması ehtimalının çox yüksək olduğunu bildirdi.
Əziz Mustafa




.jpg-2.jpg)


.jpg)
















































































