Moskva gölündə uşaq başı tapılıb
Balaşixada yaşayış binasının mənzilində uşağın cəsədi tapılıb, onun başı isə səhər Moskva şəhərinin Qolyanovo gölündə aşkar edilib. Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Əməliyyat-axtarış tədbirləri zamanı Balaşixadakı mənzildə uşağın cəsədi tapılıb. İlkin məlumatlara görə, onun başı səhər Moskvadakı Qolyanovo gölündə bir paketdə tapılıb", - deyə agentliyin həmsöhbəti bildirib.
İstintaqın məlumatına görə, ölən uşağın 7-10 yaş arası olduğu ehtimal edilir.
Dalgıçlar su hövzəsinin dibinə baxış keçiriblər.
İlkin məlumata görə, ölümün baş verməsindən ən çoxu iki gün keçib.
Uşağın qətlində onun valideynləri şübhəli bilinir.
Telegram kanalları ana və ögey atanın şübhəli olduğunu iddia edir: kişi bir neçə gün əvvəl ögey oğlunu bıçaqlayaraq öldürüb, sonra başını kəsib cəsədi balkonda gizlədib. Oğlanın nənəsi onun itkin düşdüyünü polisə bildirib.
Qətl maddəsi ilə cinayət işi başlanılıb.
Almaz Həsənli



.jpg)
.jpg)
.jpg)


















































































