Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir

Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir

30 Dekabr 2020 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvar ayına olan hava proqnozu açıqlanıb.

Oxuməni.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında isə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecələr havanın temperaturunun 1-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 2-5 dərəcə şaxta, gündüzlər 6-11, üçüncü ongünlüyün bəzi günlərində 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 18-28 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 14-25 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 16-24 mm) gözlənilir.

Oxuməni.az