Sabah Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti davam edəcək

Sabah Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti davam edəcək

9 Dekabr 2020 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Oxuməni.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rüfət