![Düşmən indiyədək 69 mülki şəxsi qətlə yetirib](http://oxumeni.az/images/2020/10/28/evsaq.jpg)
Düşmən indiyədək 69 mülki şəxsi qətlə yetirib
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Oxuməni.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 69 mülki şəxs qətlə yetirilib, 322 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 415, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 338-dir.
Oxuməni.az
Digər xəbərlər