Türkiyə "S-400"-ləri Ankarada yerləşdirəcək
Sinopdakı sınaq atışlarını uğurla başa vuran “S-400” hava müdafiə sistemini daşıyan 2-ci hərbi karvan Ankaraya qayıdarkən Samsundan keçib.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid “S-400”lər Ankaradan yola çıxaraq, 6-7 oktyabr tarixlərində Samsundan keçərək geniş təhlükəsizlik tədbirləri altında Sinopa çatıb.
Sinopdakı sınaq atışlarını uğurla başa vuran “S-400”lərdən bəziləri Ankaraya yerləşdirilmək üçün yola çıxıb.
Hava hücumundan müdafiə sistemlərini daşıyan hərbi nəqliyyat vasitələrinin ikinci karvanı Samsunda görünüb. Təhlükəsizlik qüvvələri “S-400”ləri daşıyan hərbi maşınları müşayiət edib.
Sistemlərin Ankaraya getdiyi açıqlanıb.
Oxuməni.az
Digər xəbərlər