Ermənistan silahlı qüvvələri Tovuz və Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini atəşə tutur
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərir.
Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur", - nazirlik bildirib.
Digər xəbərlər