Şoyqu tərəfləri Moskvada əldə olunan öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb
Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Ermənistanın Müdafiə naziri David Tonoyan ilə telefon danışığı aparıb və tərəfləri Moskvada əldə olunan öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı S. Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.
Oxuməni.az
Digər xəbərlər