Ermənistanın Tərtər rayonunu  atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb

Ermənistanın Tərtər rayonunu atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb

14 Oktyabr 2020 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ermənilərin rayon ərazisini top atəşinə tutması nəticəsində ilkin olaraq 4 nəfər mülki şəxs yaralanıb.

Yaralıları çıxarmağa cəhd edər Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd ərazi icra nümayəndəsi Zeynalov Ramiz Surxay oğlu və Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd ərazi icra nümayəndəsi Əhmədov Kamran Vəliyəddin oğlu ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Oxuməni.az