Akarla Şoyqu arasında telefon danışığı olub

Akarla Şoyqu arasında telefon danışığı olub

12 Oktyabr 2020 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Oxuməni.az xəbər verir ki, görüşdə Ermənistanın Azərbaycana hücumları, İdlib və Liviya, habelə müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.

Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada H.Akarın həmkarına dinc əhali və mülki infrastruktura hücum edən Ermənistana buna son verməli və işğal etdiyi torpaqlardan çıxmalı olduğunu çatdırıb.

H.Akar, həmçinin, Azərbaycanın bir 30 il də gözləməyəcəyi, Türkiyənin Azərbaycanın torpaqlarını azad etməsi üçün başlatdığı hərəkatda onun yanında olduğunu ifadə edib.

Oxuməni.az